High School USA - Watson School

High School USA

Ümumi Məlumat

Watson School sizlərə 1 illik Amerikanın orta məktəblərindən birində şagird olmaq imkanı qazandırır. Siz il ərzində həm təhsil alırsınız, həm ingilis dilini mükəmməl səviyyədə öyrənirsiniz, həm Amerikanın həyat tərzi, adət ənənələri ilə yaxından tanış olursunuz, xəyalını qurduğunuz Amerikanı gəzib görürsünüz və özünüzə gözəl dostlar qazanırsınız. Xarici ölkədə özünüzü tək hiss edəcəyinizdən də narahat olmursunuz, çünki qalacağınız ailə sizə öz ailəniz kimi doğma və yaxın olur. Məktəb proqramının üstünlüyü ondan ibarətdir ki, siz öz yaşıdlarınızdan fərqli olaraq, həm daha üstün təhsil sistemində oxuyursunuz həm də bu 1 il sizin düşüncənizin çox erkən formalaşmasında böyük rol oynayır.

Amerikaya getməzdən əvvəl şagirdə qalacağı yer, məktəb və ailə haqqında ətraflı məlumat verilir. Hər şagirdə 24 saat koordinator dəstəyi təmin olunur ki, müvafiq zərurət yarandıqda əlaqə saxlanılsın.

Proqramda 15 – 18.5 yaşlarında orta məktəb şagirdləri iştirak edə bilər.

İştirak etmək üçün ən azı orta ingilis dili səviyyənizin olması mütləqdir.

Proqrama Daxildir

  • ABŞ – da ailə yanı ilə təmin olunma
  • Təhsil haqqı
  • Gündə 3 dəfə yemək
  • Tibbi sığorta
  • 24 saat koordinator dəstəyi